Azərbaycan siyasi sistemində yeni dövr - partiyalar seçkinin qalibini təbrik edib - ŞƏRH

Azərbaycan siyasi sistemində yeni dövr - partiyalar seçkinin qalibini təbrik edib - ŞƏRH

Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri xalq, millət, dövlət birliyinin təcəssümü kimi Azərbaycan xalqının tarixinə düşdü. Ərazi bütövlüyü və suverenliyini bərpa edən Azərbaycan xalqı bu seçkilərlə bir daha dünyaya birliyini, həmrəyliyini nümayiş etdirdi. Seçki günü məntəqələrə kütləvi seçici axını, yüksək fəallığı əksər yerli və xarici müşahidəçilər və beynəlxalq təşkilatların nümayəndələri verdikləri bəyanatlarda təsdiq etdilər. Seçkilər həm də cəmiyyət daxilində milli birliyin, siyasi etikanın təcəssümü kimi də yadda qaldı. Nəticələr elan olunduqdan sonra prosesə qatılan namizədlərin əksəriyyəti siyasi mədəniyyət nümayiş etdirərək, qalib namizədi təbrik etdilər. Eyni mövqeni prosesdə iştirak etməyən ölkənin əksər siyasi partiyaları nümayiş etdirdilər.

Seçkilərin nəticələri elan olunduqdan sonra namizədlərin qalibi təbrim etmələri siaysi mədəniyyət nümunəsi hesab edilə bilər. Seçkilərdə namizəd Fazil Mustafanın lideri olduğu Böyük Quruluş Partiyası proses zamanı heç bir maneə ilə üzləşmədikllərini və təzyiqlər göstərilmədiyini bəyan edib:
“Partiyanın seçki qərargahının üzvləri müşahidəçilərimizin rəyinə əsasən belə hesab edir ki, bu Prezident seçkiləri demokratik rəqabət mühitində keçirilmiş və seçki prosesində hər hansı ciddi qanun pozuntuları qeydə alınmayıb”.

Milli Cəbhə Partiyası da növbədənkənar seçkilərin nəticələri ilə bağlı bəyanat yayıb.

“Seçkilərin ilkin nəticələrinə və ekzitpolların nəticələrinə görə Azərbaycan xalqının böyük etimadını qazanaraq növbəti müddətə Azərbaycan Prezidenti seçilən İlham Əliyevi Milli Cəbhə Partiyasının üzvləri, Seçki qərargahının üzvləri və Partiyanın sədri Razi Nurullayevin adından təbrik edir, vətənə və millətimizə xeyirli olsun deyirik”, - bəyanatda vurğulanıb.

Prezidentliyə namizəd Zahid Orucun seçki qərargahı bəyan edib ki, öz xalqını qalibiyyətə çatdıran, ölkəsini Qalib Ölkəyə çevirən namizəd İlham Əliyevlə mübarizə aparmaq olduqca çətin olsa da, bu seçkilər bizim komandamıza müsbət təcrübə qazandırıb və xalqla daha yaxın ünsiyyətimizə imkan yaradıb.

Digər namizəd Qüdrət Həsənquliyevin sədri olduğu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının bəyanatında deyilib ki, seçkidə inamlı qələbə qazanaraq yenidən ölkə prezidenti seçilən İlham Əliyevi təbrik edir, fəaliyyətində uğurlar arzu edirlər.

Böyük Azərbaycan Partiyası da seçkilərlə bağlı yaydığı bəyanatda prosesin demokratik keçirildiyini bəyan edib. Partiyadan namizədliyi irəli sürülən Elşad Musayev qalib namizədi təbrik edib.

Müstəqil namizəd kimi seçkilərdə iştirak edən Fuad Əliyev bildirb ki, seçkilərin ilkin nəticəsi onu deməyə əsas verir ki, Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə böyük etimad göstərib.

Əksər siyasi partiyalar seçkilərdə iştirak etməsələr də, prosesi yaxından izləyib və qiymətləndiriblər.

Məsələn, seçkilərin nəticələri ilə bəyanat yayan Haqq Ədalət Partiyası seçkilərini bütün seçki prosesi ərzində yaxından müşahidə etdiklərini və seçki prosesi ilə bağlı partiya üzvlərinin yekdil qərarlarını dəfələrlə ictimaiyyətə açıq şəkildə bildiriblər. Qeyd edilib ki, ümumilikdə seçki prosesi qanunvericiliyə uyğun, demokratik və azad rəqabət mühitində təşkil olunub.
Ümid Partiyası da yaydığı bəyanatda prezident seçkilərini azad və şəffaf, nəticələrini legitim və ədalətli hesab etdiyini bəyan edib. Bəyanatda deyilir ki, “bu seçki ölkədə indiyə qədər keçirilmiş seçkilərdən öz mahiyyəti, azad və şəffaflığı baxımından əhəmiyyətli dərəcədə fərqlənib. Müstəqilliyimiz bərpa olunandan sonra ilk dəfə idi ki, ölkənin bütün ərazisində seçki keçirilirdi”.

Öz növbəsində Demokratik İslahatlar Partiyası bütün səsvermə prosesi beynəlxalq standartlara uyğun, mütəşəkkil keçmiş, səslərin sayılması açıq və şəffaf təşkil olunduğunu, heç bir problem qeydə alınmadığını bəyan edib. Seçki öncəsi prosesdə namizədlər üçün yaradılmış demokratik şərait və imkanlar da partiya tərəfindən təqdir olunmuş, namizədlərin təbliğat və təşviqat kampaniyası demokratiyanın və fikir azadlıqlarının təmin olunmasının göstəricisi kimi dəyərləndirilib.
Azərbaycan Demokratik Maarifçilik Partiyası seçki prosesinin demokratik və dinc şəraitdə keçən seçkiöncəsi proses bir çox xüsusiyyətləri ilə fərqləndiyini bəyan edib. Seçkilərin elan edilmiş nəticələrini legitim və xalqın iradəsinin ifadəsi hesab edib, bu seçimlərdə Azərbaycan xalqının böyük dəstəyini qazanaraq qalib gəlmiş Azərbaycan xalqının inam və ümid yeri olan cənab İlham Əliyevi səmimi qəlbdən təbrik etdiklərini açıqlayıb.

Gələcək Azərbaycan Partiyası seçki prosesini izləyən üzvlərinin səsverməni müşahidə edərkən hansısa neqativ halla qarşılaşmamış və qanun pozuntularına rast gəlmədiyini bəyan edib: “Hesab edirik ki, bu seçkini məhz Azərbaycan xalqı və dövləti qazanmışdır".

Seçki prosesini yaxından izləyən Yeni Zaman Partiyası, prezident seçkilərinə öz müşahidə missiyası ilə qatıldığını açıqlayıb. Seçki iştirakçıları - seçicilər, namizədlər, müşahidəçilər, məşvərətçilər üçün qanunvericiliyin tələblərinə uyğun şərait yaradıldığının şahidi olub. Seçkilərin nəticəsini legitim hesab edir və İlham Əliyevi qələbə qazanması münasibətilə ürəkdən təbrik edir, Prezidentə şərəfli fəaliyyətində uğurlar arzulayırıq”, - bəyanatda vurğulanıb.

Öz növbəsində Ana Vətən Partiyası da bəyan edib ki, Azərbaycanda 2 ay əvvəl 2023-cü ilin 7 dekabr tarixində başlanan Prezident seçkiləri ölkədə böyük siyasi aktivliyə səbəb olmaqla sakit şəraitdə, heç bir qarşıdurma və neqativ hal müşahidə edilmədən uğurla sona çatdı.

Azərbaycan Milli İstiqlal Partiyası da yaydığı bəyanatda İlham Əliyevi ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə etməklə keçirilən Zəfər seçkilərində Azərbaycan xalqının böyük səs çoxluğunu qazanaraq qalib gəlməsi münasibətilə təbrik edir, yeni hədəflər və güclü, demokratik, firavan Azərbaycan uğrunda davamlı fəaliyyətində uğurlar arzulayırıq. İnanırıq ki, bu seçkilərdəki qələbə müxtəlif istiqamətlər üzrə islahatların həyata keçirilməsinə təkan verəcək və bundan qazanan məhz Azərbaycan xalqı və Azərbaycan dövlətçiliyi olacaqdır.

Ədalət Partiyası yaydığı bəyanatda bu seçkilərin Azərbaycan dövlətçilik tarixində bir çox xüsusiyyətlərinə görə öncəki seçkilərdən kəskin şəkildə fərqləndi. İlk növbətə 30 ildən sonra Azərbaycanda hansısa bir seçki ölkənin bütün suveren ərazisini əhatə edirdi.

Vəhdət Partiyası bəyan edib ki, 7 fevral tarixində ölkəmizdə keçirilən seçkilər Azərbaycan torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoymuş Vətən müharibəsindən sonra ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində baş tutub. Bu müstəqil Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcıdır deyə bilərik. Qarabağın və Şərqi Zəngəzurun azadlığı, böyük Zəfər və nəhayət Xankəndidə dalğalanan bayraq da onu sübut edir ki, Azərbaycan indi daha güclüdür və yenilməzdir.

Azad Vətən Partiyası yaydığı bəyanatda bu seçkilərə qatılmayacağını elan etsə də, Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən qalib İlham Əliyevi dəstəkləyəcəyini bildirmişdi. Biz bu nəticəni xalqın siyasi iradəsinin göstəricisi hesab edir, qələbə münasibətilə bütün xalqımızı və Prezident İlham Əliyevi təbrik edirik.

Bundan əlavə, Müasir Müsavat Partiyası, Milli Dirçəliş Hərəkatı, Vətəndaş Həmrəyliyi Partiyaları da seçkilərin demokratik qaydada keçirildiyini bəyan edib, seçkilərdə qalib gələn Müzəffər Ali baş Komandan İlham Əliyevi təbrik ediblər. Xüsusi olaraq qeyd ediblər ki, bu seçkilər müstəqil Azərbaycanın bütün suveren ərazisində keçirilib.