Azərbaycanda tətbiq edilən qadağa

Azərbaycanda tətbiq edilən qadağa

Balıqların kürüləmə dövrü ilə əlaqədar 1 may 2022-ci il tarixindən balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabr ayının 1-də bitir.

Birxeber xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsi birgə məlumat yayıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Su Nəqliyyatında Polis İdarəsi ilə birgə sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşların nəzərinə çatdırır ki, balıq ovlayarkən yalnız qanunvericiliklə qadağan olunmayan ov alətlərindən istifadə edilməlidir.

Ov zamanı zəhərli, kimyəvi və partlayıcı maddələrdən, eyni zamanda qanunla ölkədə dövriyyəsi qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq və digər alətlərdən istifadə edən şəxslər Su Nəqliyyatında Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediləcəklər.

Sənaye balıq ovu ilə məşğul olmaq istəyən şəxslər 5 saylı “ASAN xidmət” mərkəzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin pəncərəsinə müraciət edərək müvafiq icazə sənədini əldə etməlidirlər. Üzən vasitələr müvafiq qaydada qeydiyyatdan keçirilməli, ovlanmış balıq və digər su bioresursları barədə məlumatları əks etdirən vətəgə jurnalında gündəlik balıq ovu barədə qeydiyyat aparılmalıdır.

Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz tutulmasına görə təqsirkar şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Birxeber
Sosial Sosial
Bu ailələrə ŞAD XƏBƏR - Hər birinə müavinət verilə bilər - VİDEO

Bu ailələrə ŞAD XƏBƏR - Hər birinə müavinət verilə bilər - VİDEO

Sosial Sosial
Vətən müharibəsi qəhrəmanı Suqovuşanın azad edilməsindən danışdı - VİDEO

Vətən müharibəsi qəhrəmanı Suqovuşanın azad edilməsindən danışdı - VİDEO

Sosial Sosial
Bu gün Milli Qəhrəman Əliyar Əliyevin şəhid olduğu günüdür

Bu gün Milli Qəhrəman Əliyar Əliyevin şəhid olduğu günüdür

Sosial Sosial
Bakıda bu görüntü hər kəsi dəhşətə gətirdi - VİDEO

Bakıda bu görüntü hər kəsi dəhşətə gətirdi - VİDEO

Sosial Sosial
Çingiz Mustafayevin anadan olmasının ildönümüdür

Çingiz Mustafayevin anadan olmasının ildönümüdür

Sosial Sosial
DYP: "Paytaxtın bütün istiqamətləri üzrə nəqliyyatın hərəkəti tam bərpa edilib”

DYP: "Paytaxtın bütün istiqamətləri üzrə nəqliyyatın hərəkəti tam bərpa edilib”

Sosial Sosial
Adviad platforması “Start Venture” proqramının qaliblərindən biri oldu - FOTO

Adviad platforması “Start Venture” proqramının qaliblərindən biri oldu - FOTO

Sosial Sosial
Bakıda bir sıra prospektlərdə hərəkət məhdudlaşdırılacaq

Bakıda bir sıra prospektlərdə hərəkət məhdudlaşdırılacaq

Sosial Sosial
Bakının bu ərazisində yaşayanlara metro ilə bağlı ŞAD XƏBƏR!

Bakının bu ərazisində yaşayanlara metro ilə bağlı ŞAD XƏBƏR!

Sosial Sosial
Bu gündən bir sıra şəxslərin əmək haqları minimum 1000 AZN olacaq

Bu gündən bir sıra şəxslərin əmək haqları minimum 1000 AZN olacaq

Sosial Sosial
Bakıda narkotik istifadəçisi DƏHŞƏTLİ FAKTLARI AÇIQLADI - VİDEO

Bakıda narkotik istifadəçisi DƏHŞƏTLİ FAKTLARI AÇIQLADI - VİDEO

Sosial Sosial
BDU-nun qarşısındakı "qıl körpüsü" problemini "həll" etdilər - FOTO

BDU-nun qarşısındakı "qıl körpüsü" problemini "həll" etdilər - FOTO