Lebedev: MDB hesab edir ki, seçkilərdə əsas dayaq nöqtəsi Seçki Məcəlləsi olmalıdır

Lebedev: MDB hesab edir ki, seçkilərdə əsas dayaq nöqtəsi Seçki Məcəlləsi olmalıdır

“Azərbaycanda növbədənkənar prezident seçkiləri azad, şəffaf və demokratiyanın prinsiplərinə əsaslanaraq keçirilib”.

APA xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedev Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.

Lebedev qeyd edib ki, seçkilər Azərbaycanın Seçki Məcəlləsinə əsasən keçirilib: “Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri Seçki Məcəlləsinin tələblərinə tam cavab verirdi.

MDB hesab edir ki, seçkilərdə əsas dayaq nöqtəsi Seçki Məcəlləsi olmalı, hansısa amorf təşkilatların sənədləri olmamalıdır. Qərbi Avropada, ABŞ-da keçirilən seçkilərdə onların öz prinsipləri var. O prinsiplərə görə, namizədin biri mütləq qadın, biri qaradərili, biri LGBT üzvü, biri isə əlil olmalıdır. Bu bizim üçün qəbuledilməz mövqedir".

MDB Baş katibi hesab edir ki, hər bir dövlətin milli Seçki Məcəlləsi özünün istinad sənədi kimi, milli qanunvericilik özülü kimi götürülməlidir.

"Biz heç zaman Azərbaycanın daxili işlərinə müdaxilə etməmişik. Bizim xalqlarımız dostdur, qonşudur. Ümid edirik ki, bu dostluq münasibətləri uzun müddət davam edəcək”, - Baş katib əlavə edib.