Azərbaycan aqrar sektorda istehsalın həcminin artımını təşviqlərlə stimullaşdıracaq

Azərbaycan aqrar sektorda istehsalın həcminin artımını təşviqlərlə stimullaşdıracaq

Azərbaycan hökuməti aqraq sektorda subsidiya ödənilən məhsulların siyahısının genişləndirilməsinə deyil, istehsalın həcminin artımını stimullaşdıran təşviqlərə üstünlük verəcək.

Bunu “Report”a açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

Bundan başqa, nazir deyib ki, müasir suvarma sistemlərinin (damcılı, pivot) tətbiqi, ərzaq təhlükəsizliyi prioritet olaraq qalacaq: "Subsidiyalar ona uyğun sistemləşdiriləcək”.