Rəşad Sadıqov: “8+3” limitinin faydasını görə bilərik”

Rəşad Sadıqov: “8+3” limitinin faydasını görə bilərik”

“8+3” limitinin faydasını görə bilərik”.

Bunu “Birxeber.Az”a açıqlamasında “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasında legioner limitinin dəyişdirilməsi ilə bağlı təklifə münasibət bildirərkən deyib.

42 yaşlı mütəxəssis legioner sayının artırılmasının əleyhinə olmadığını bildirib: “Limit “7+4” olanda da fikrim müsbət idi. Çünki komanda sayı artırılmışdı. Düşünürdüm ki, çempionata, klublara yaxşı effekt verəcək. Komanda sayı artırıldığı üçün yerli futbolçularla bağlı narahatlığım yox idi. Həm klubların səviyyəsi yüksəldi, həm də yerli futbolçular xaricə yollandılar. Milli üzvləri də klublarında əsas heyət üzvüdürlər. Yerlilərin oynamasında hansısa problem yaranmayıb. “8+3” limitinin də müzakirə olunmasının tərəfdarıyam. Bu, bəlkə də futbolumuz üçün xeyirli olar”.

Rəşad Sadıqov hesab edir ki, limitin artırılması azərbaycanlı futbolçuların legioner həyatı yaşamalarına təkan olub: “Bu mövsüm yerli oyunçuların legioner həyatı yaşamalarına təkan verən bir çox amillər oldu. Türkiyə çempionatında bir nəfərin yerli statusda oynaması da bizə üstünlük qazandırdı. Buradakı limit yerlilərin ölkə xaricinə yollanmalarına şərait yaratdı. Yenə də limit məsələsini ətraflı təhlil etdikdən sonra qərar vermək lazımdır”.

Qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqasında limit “7+4” şəklindədir. AFFA Klublar Komitəsinin son iclasında limitin “8+3” qaydasına əsasən müəyyənləşdirilməsi məsələsi müzakirə edilib.