Meksikalı müşahidəçilər Azərbaycanda seçkilərin təşkili səviyyəsindən razıdırlar

Meksikalı müşahidəçilər Azərbaycanda seçkilərin təşkili səviyyəsindən razıdırlar

Meksika parlamentinin müşahidə missiyasının rəhbəri Alberto Villa Azərbaycanda növbədənkənar prezident seçkilərinin təşkilinin səviyyəsindən məmnunluğunu ifadə edib.

“Report” xəbər verir ki, bunu Meksika parlamentinin üzvü, Meksika Deputatlar Palatasında Meksika-Azərbaycan dostluq qrupunun sədri Azərbaycanda keçirilən seçkilərin monitorinqinin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, meksikalı müşahidəçilər 10 seçki məntəqəsində seçkiləri izləyiblər:

“Azərbaycanda seçki müşahidəçiləri missiyasına rəhbərlik etmək mənim üçün böyük şərəfdir. Qeyd etmək istərdim ki, Azərbaycanda seçki prosesi Meksikaya çox bənzəyir. Müşahidələrimə əsasən, söyləyə bilərəm ki, Azərbaycandakı seçkilər Meksikadakı kimi eyni şəraitdə, eyni keyfiyyətdə keçirilib”.