Ərəb parlamentinin prezidenti: Şəffaflıq istənilən səviyyədə təşkil olunmuşdu, pozuntu ilə qarşılaşmadıq

Ərəb parlamentinin prezidenti: Şəffaflıq istənilən səviyyədə təşkil olunmuşdu, pozuntu ilə qarşılaşmadıq

Ərəb parlamenti müşahidəçi qismində bir çox ölkələrdə prezident seçkilərində, parlament seçkilərində, konstitusiya ilə bağlı referendumlarda iştirak edib. Ərəb parlamenti həm ərəb ölkələrində, həm də digər regionlardakı seçkiləri hər zaman müşahidə edib.

Birxeber.Az xəbər verir ki, bunu 7 fevral Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisini müşahidə etmiş Ərəb parlamentinin prezidenti Adel Əbdülrəhman Muhammed Al-Asumi yerli media üçün açıqlamasında deyib.

“Mən Azərbaycanı növbədənkənar seçkilərin uğurlu təşkilinə görə təbrik edirəm. Dünən biz bir çox seçki məntəqələrində müşahidələr apardıq. Olduğumuz seçki məntəqələrində müsbət aktivlik qeydə aldıq. Heç bir müdaxilə qeydə almadıq. Hər kəs öz iradi azadlığını nümayiş etdirdi. Mən prosesə MSK-nın ciddi hazırlaşdığını gördüm. Seçki prosesində aktivlik nümayiş olunurdu. MSK bütün prosedurları tam şəkildə həyata keçirmişdi. Biz yerli və beynəlxalq müşahidəçilərin geniş iştirakını gördük”, - o bildirib.

Adel Əbdülrəhman Muhammed Al-Asumi qeyd edib ki, seçkilər tam şəffaf şəkildə həyata keçirilib: “Biz Ərəb parlamenti olaraq bunu alqışlayırıq. Hər hansı müsbət və mənfi fikirlərimizi yazdığımız bəyanatda bildirmişik. Biz müşahidəçi qismində iştirak etdiyimizi öncədən ifadə etmişdik. Biz nə seçicilərin iştirakı, nə də seçki prosesi ilə bağlı qaydalarda mənfi halla rastlaşdıq. Seçkilərdə şəffaflıq istənilən səviyyədə təşkil olunmuşdu və hər hansı seçki pozuntusu ilə qarşılaşmadıq”.