Karasin: Azərbaycanda seçkilər açıq və məqbul formada təşkil olunub

Karasin: Azərbaycanda seçkilər açıq və məqbul formada təşkil olunub

“Seçki prosesi mənim üçün çox maraqlı oldu”.

APA xəbər verir ki, bunu Azərbaycandakı növbədənkənar prezident seçkilərini müşahidə etmiş Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin deyib.

"Azərbaycanda prezident seçkilərində müşahidəçi qismində iştirak etmək mənim üçün qürurdur", - Karasin əlavə edib.

Qriqoriy Karasin seçki məntəqələrindəki müşahidə prosesindən danışıb: "Şəxsi fikrimdir ki, seçkilər açıq və məqbul formada təşkil olunmuşdur. Biz Bakıda 9-a yaxın seçki məntəqəsində müşahidəçi qismində olduq və gördük ki, seçki təşkilatçılarının davranışı qaydasında idi. Ən əsası isə, mən insanların gözündə sevinc gördüm. Düşünürəm ki, seçkinin mahiyyəti üçün bu öməmli detaldır".

Rusiyalı müşahidəçi seçki prosesinin geniş zallarda keçirilməsinin komfort baxımından önəmli olduğunu diqqətə çatdırıb: "MBD ölkələrindən gələn müşahidəçilərin rəsmi bəyanatı bir beçə gün sonra açıqlanacaq. Həmin bəyanatda müşahidəçilərin proses barədə fikirləri olacaq".