İPC: Seçkidə hər hansı qarışıqlıq, pozuntu halları müşahidə etmədik

İPC: Seçkidə hər hansı qarışıqlıq, pozuntu halları müşahidə etmədik

Azərbaycanda Prezident Seçkilərini İPC müşahidə edib. Bizim müşahidə missiyamız 5-i Bakıda, 5-i də Sumqayıtda olmaqla 10 seçki məntəqəsində olub”.

APA xəbər verir ki, bunu Beynəlxalq Parlament Təşkilatı (İPC) heyət rəhbəri Soro Fobeh Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqə deyib.

O bildirib ki, səsvermə prosesi zamanı müşahidə edilən bütün seçki məntəqələrində seçici fəallığı görülüb: “Bütün yaş kateqoriyasından olan seçicilər, xüsusilə gənclər çox həvəslə seçkidə iştirak edirdi. Səsvermə gününün uğurlu keçməsində bütün məntəqələrin əməkdaşları mühüm rol oynayıb. Onlar bizim bütün sorğularımıza cavab verib. Müşahidələrimiz zamanı biz hər hansı qarışıqlıq, pozuntu halları müşahidə etmədik. Bu da seçki prosesinin yaxşı keçirilməsinin göstəricisidir”, - o deyib.

O fiziki məhdudiyyətli şəxslərin səsverməsinə yaradılan şəraitdən də danışıb:

“Fiziki məhdudiyyəti olan şəxslərin də konstitusion hüququ təmin edilmişdi. Biz buna görə Azərbaycanı təbrik edirik. İPC-nın müşahidələri bizə belə qənaətə gəlməyə əsas verdi ki, Azərbaycanda prezident seçkiləri çox yüksək səviyyədə keçirilib. Bu da demokratik prinsiplərə bağlılığın təzahürü idi”.