Azərbaycanda “TURKOVAC”ın sınaqlarında könüllü iştirak etmək üçün müraciətlər var

Azərbaycanda “TURKOVAC”ın sınaqlarında könüllü iştirak etmək üçün müraciətlər var

"Azərbaycanda Türkiyə istehsalı olan “TURKOVAC” vaksininin üçüncü faza sınaqlarında könüllü iştirak etmək istəyən şəxslər var".

“Birxeber” xəbər verir, bunu səhiyyə naziri Teymur Musayev açıqlamasında deyib.

İki ölkə arasında imzalanan müqaviləyə əsasən, sınaqların Bakı Sağlamlıq Mərkəzində baş tutacağını xatırladan nazir bildirib ki, artıq könüllü olmaq üçün müraciət edənlər var: “Ümumi nəticələr əldə olunduqdan sonra yekun məlumatlar Türkiyə tərəfinə təqdim olunacaq. Yekun nəticələr barədə də ictimaiyyətə rəsmi açıqlama veriləcək”.

T.Musayev vurğulayıb ki, Azərbaycan pandemiya dövründə vaksinasiya kampaniyasına qoşulan ilk ölkələrdən olub: “Həm ölkə vətəndaşlarının, həm də Azərbaycanda daimi və müvəqqəti yaşayış icazəsi olan xarici vətəndaşların vaksinlərə əlçatanlığı təmin edilib. “TURKOVAC”ın üçüncü faza sınaqları isə sırf buster doza kimi istifadə üçün nəzərdə tutulub. Təbii ki, uğurlu olandan sonra vətəndaşlarımıza seçim kimi təqdim olunacaq”.

Qeyd edək ki, martın 9-da Türkiyə Sağlamlıq İnstitutu ilə Bakı Sağlamlıq Mərkəzi arasında “TURKOVAC” vaksininin kliniki sınaqlarının başlanmasına dair müqavilə imzalanıb.

SAĞLAMLIQ SAĞLAMLIQ
Kürdəmirdəki qəzada yaralananlardan 7-si evə buraxılıb, biri isə Bakıya təxliyə olunub

Kürdəmirdəki qəzada yaralananlardan 7-si evə buraxılıb, biri isə Bakıya təxliyə olunub

SAĞLAMLIQ SAĞLAMLIQ
İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların sayı artıb

İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların sayı artıb

SAĞLAMLIQ SAĞLAMLIQ
Naxçıvanda baş həkim vəzifəsindən azad olunub

Naxçıvanda baş həkim vəzifəsindən azad olunub

SAĞLAMLIQ SAĞLAMLIQ
İngiltərədə streptokok infeksiyasından 8 nəfər ölüb

İngiltərədə streptokok infeksiyasından 8 nəfər ölüb

SAĞLAMLIQ SAĞLAMLIQ
Son sutkada Azərbaycanda 35 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

Son sutkada Azərbaycanda 35 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

SAĞLAMLIQ SAĞLAMLIQ
ÜST: Dörd həftədə dünyada koronavirusdan ölüm hallarının sayı 30 faiz azalıb

ÜST: Dörd həftədə dünyada koronavirusdan ölüm hallarının sayı 30 faiz azalıb

SAĞLAMLIQ SAĞLAMLIQ
Quş qripinə görə bir neçə ölkənin əyalətlərinə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb

Quş qripinə görə bir neçə ölkənin əyalətlərinə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb

SAĞLAMLIQ SAĞLAMLIQ
Son sutkada Azərbaycanda 85 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

Son sutkada Azərbaycanda 85 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

SAĞLAMLIQ SAĞLAMLIQ
Son sutkada Azərbaycanda 9 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda 9 nəfər koronavirusa yoluxub

SAĞLAMLIQ SAĞLAMLIQ
Sumqayıtda məşqçinin xəsarət yetirdiyi uşağın ölüm səbəbi açıqlanıb

Sumqayıtda məşqçinin xəsarət yetirdiyi uşağın ölüm səbəbi açıqlanıb

SAĞLAMLIQ SAĞLAMLIQ
Son sutkada Azərbaycanda 6 nəfər koronavirusa yoluxub

Son sutkada Azərbaycanda 6 nəfər koronavirusa yoluxub

SAĞLAMLIQ SAĞLAMLIQ
Quş qripi xəstəliyinə qarşı monitorinqlər keçiriləcək

Quş qripi xəstəliyinə qarşı monitorinqlər keçiriləcək