Binə qəsəbəsində 73 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb

Binə qəsəbəsində 73 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 1951-ci il Şahbazov Nağdəli Şahvəli oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.