ANAMA Qubadlıda minaya düşən əməkdaşının son durumunu açıqlayıb - YENİLƏNİB

ANAMA Qubadlıda minaya düşən əməkdaşının son durumunu açıqlayıb - YENİLƏNİB

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Qubadlıda minaya düşən əməkdaşının son durumunu açıqlayıb.

ANAMA-nın Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir:

"Bu gün Agentliyin minaaxtaran it bələdçisi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Nəticədə Hüseynov Nəcməddin Abdulla oğluna yerində Agentliyin paramedikləri tərəfindən ilkin tibbi yardım göstəriləndən sonra Füzuli rayon xəstəxanasına yerləşdirilib. Hazırda vəziyyəti stabildir. Həyati təhlükəsi yoxdur.

Hörmətli vətəndaşlar, bədbəxt hadisələrlə üzləşməmək üçün sizi daha diqqətli olmağa çağırırıq".

***12:20

Avqustun 30-u saat 10:00 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1984-cü il təvəllüdlü Nəcməddin Hüseynov Qubadlı rayonunun işğaldan azad edilmiş ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alıb.

Birxeber xəbər verir ki, bu barədə Qubadlı rayon prokurorluğunun məlumatında deyilir.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.

***11:11

Bu gün işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində piyada əleyhinə mina hadisəsi olub.

Bu barədə Birxeber-ə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, partlayış nəticəsində minaaxtaran it bələdçisi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri alıb. Əməliyyata cəlb olunan Dina ləqəbli Belçika malinuası – minaaxtaran it tələf olub.

"Hadisə tərəfimizdən araşdırılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək", - mətbuat xidmətindən bildirilib.

Birxeber
HADİSƏ HADİSƏ
Oleksiy Kuleba: "Kiyevdə 4 günə 60-a qədər İran dronu məhv edilib"

Oleksiy Kuleba: "Kiyevdə 4 günə 60-a qədər İran dronu məhv edilib"

HADİSƏ HADİSƏ
Türkiyədə zəlzələdə həlak olan tələbə Samir Quliyev Gədəbəydə dəfn olunub - YENİLƏNİB

Türkiyədə zəlzələdə həlak olan tələbə Samir Quliyev Gədəbəydə dəfn olunub - YENİLƏNİB

HADİSƏ HADİSƏ
Gədəbəydə ailə üzvləri tərəfindən döyülən şəxs xəstəxanada ölüb

Gədəbəydə ailə üzvləri tərəfindən döyülən şəxs xəstəxanada ölüb

HADİSƏ HADİSƏ
Polis qanunsuz ov edənləri saxlamaq üçün havaya atəş açıb, odlu silah və qaban müsadirə edilib

Polis qanunsuz ov edənləri saxlamaq üçün havaya atəş açıb, odlu silah və qaban müsadirə edilib

HADİSƏ HADİSƏ
Bakıda 27 yaşlı gənci avtomobil vurub

Bakıda 27 yaşlı gənci avtomobil vurub

HADİSƏ HADİSƏ
Ötən 10 ay ərzində 5 tona yaxın narkotik vasitə götürülüb

Ötən 10 ay ərzində 5 tona yaxın narkotik vasitə götürülüb

HADİSƏ HADİSƏ
Ağdamda qadın öldürülüb, əri barədə cinayət işi açılıb - YENİLƏNİB

Ağdamda qadın öldürülüb, əri barədə cinayət işi açılıb - YENİLƏNİB

HADİSƏ HADİSƏ
Şirvanda narkotik satmaqda şübhəli bilinən qadın həbs olunub

Şirvanda narkotik satmaqda şübhəli bilinən qadın həbs olunub

HADİSƏ HADİSƏ
Bakıda mənzildən 62 min dollar oğurlamaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayır

Bakıda mənzildən 62 min dollar oğurlamaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayır

HADİSƏ HADİSƏ
Bakıda mahnı üstündə qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB-2

Bakıda mahnı üstündə qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB-2

HADİSƏ HADİSƏ
​​​​​​​Rəşad Dağlının həbs müddəti artırılıb - YENİLƏNİB

​​​​​​​Rəşad Dağlının həbs müddəti artırılıb - YENİLƏNİB

HADİSƏ HADİSƏ
Prokuror anasını qətlə yetirməkdə təqsirləndirilən gəncin 7 il 6 ay həbs cəzası istəyib

Prokuror anasını qətlə yetirməkdə təqsirləndirilən gəncin 7 il 6 ay həbs cəzası istəyib