ABŞ Polşaya 1,2 milyard dollarlıq hərbi avadanlıq satacaq

ABŞ Polşaya 1,2 milyard dollarlıq hərbi avadanlıq satacaq

ABŞ Dövlət Departamenti Polşaya 1,2 milyard dollara ASRR radar kəşfiyyat sistemlərinin mümkün satışını təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə Pentaqona bağlı Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

Bildirilir ki, təklif edilən satış Polşanın hava vasitəsilə gələcək təhdidlərə qarşı müdafiə qabiliyyətini artıracaq. Gözlənilir ki, Polşa regional təhlükələrdən qorunmaq üçün bu sistemlərdən havadan erkən xəbərdarlıq sistemi kimi istifadə edəcək.

Mümkün sövdələşmənin NATO müttəfiqinin döyüş qabiliyyətini gücləndirməklə ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik sahəsində maraqlarının həyata keçirilməsinə töhfə verəcəyi qeyd edilir.