KİV: "Bakıdan Qarabağa: Azərbaycan İlham Əliyevi Prezident seçdi"

KİV: "Bakıdan Qarabağa: Azərbaycan İlham Əliyevi Prezident seçdi"

Fevralın 7-də səhər saatlarında Elmlər Akademiyasının binasındakı seçki məntəqəsində sıxlıq müşahidə olunmayıb. Səsvermə birinci mərtəbədəki zalda, əsas pilləkənin qarşısında keçirilib. Girişin solunda seçki komissiyası, sağda qırmızı pərdələr arxasında bülletenlərin doldurulması üçün kabinələr var idi. Foyenin mərkəzində, qırmızı xalçalı pilləkənin düz qarşısında, şəffaf seçki qutusu var idi, onun altında bir neçə vərəq qoyulmuşdu.

"Report"un məlumatına görə, bu barədə Rusiyanın "NEWS.ru" nəşri yazır.

"Elmlər Akademiyasının foyesində asta-asta səsvermə fonunda boyunlarına qırmızı lent bağlamış qara dərili bir qrup gənc diqqəti cəlb edirdi. Bu vaxta qədər müxbirimiz artıq seçki prosesində iştirakçıların rəng fərqini başa düşmüşdü. Məntəqə komissiyalarının üzvləri göy lentdə döş nişanları taxmışdılar. Yaşıl lentlər media nümayəndələrini fərqləndirirdi. Qırmızılar isə seçki müşahidəçiləri üçün idi. Bunlar Tanzaniya və Mozambikdən olan beynəlxalq müşahidəçilər idi.

"Biz Qoşulmama Hərəkatı Gənclər Təşkilatını təmsil edirik", - Tanzaniyadan olan gülərüz Cessika Mşama adlı qız dedi: "Seçki prosesini müşahidə etməyə gəlmişik. Seçkilər kifayət qədər açıq və şəffaf keçirilir”.

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində səsvermə həyəcanla yadda qalıb. Sonradan təsdiqləndiyi kimi, məhz Qarabağda seçici fəallığı rekord həddə çatıb. Məsələn, Zəngilan-Qubadlı bölgəsində 71 faizi ötüb. Laçın şəhərindəki seçki məntəqəsinin qarşısında əsl izdihamla qarşılaşdıq. İnsanlar vitrinlərin ətrafına toplaşmışdılar. İçəridə seçki komissiyası üzvlərinin və müşahidəçilərin masaları, seçki qutuları və kabinələr görünürdü. Sıxlıq səbəbindən seçicilər yalnız kiçik qruplar halında içəri buraxılırdı", - "NEWS.ru" qeyd edib.

Məqalənin tam mətni ilə burdan tanış ola bilərsiniz.