ABŞ-də yaşayan azərbaycanlılar prezident seçkiləri ilə bağlı səsvermədə fəal iştirak edir

ABŞ-də yaşayan azərbaycanlılar prezident seçkiləri ilə bağlı səsvermədə fəal iştirak edir

Amerika Birləşmiş Ştatlarında (ABŞ) Azərbaycandakı növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə davam edir.

"Birxeber.Az"un yerli bürosu xəbər verir ki, ABŞ-nin müxtəlif şəhər və ştatlarında yaşayan həmvətənlərimiz ölkəmizin Vaşinqton şəhərində fəaliyyət göstərən səfirliyinin və Los-Ancelesdəki Baş konsulluğunun yerləşdiyi inzibati binasına gələrək konstitusiya hüquqlarından istifadə edirlər.

Vaşinqtondakı səfirlik binasında 17 saylı Yasamal üçüncü seçki dairəsinin nəzdində yaradılmış 43 saylı seçki məntəqəsi fəaliyyət göstərir.

Səsvermədə ABŞ-də təhsil alan azərbaycanlı tələbələr, eləcə də yerli icmamızın üzvləri aktivlik nümayiş etdirir.

Səsvermədə iştirak edən ən yaşlı seçici 72 yaşlı Asəf Abdullayev olub. O, "Birxeber.Az"a müsahibəsində övladlarını ziyarət etmək üçün Nyu-Yorkda səfərdə olduğunu və bu tarixi gündə səsvermədə iştirak etmək üçün Vaşinqtona gəldiyini deyib: "Bütöv Azərbaycanın liderinə səs vermək mənim üçün ən böyük xöşbəxtlikdir. Mən bu seçkidə iştirak etməyə bilməzdim. Yaşasın azad və müstəqil Azərbaycan".

Amerika Univeritetində tələbəsi olan və ilk dəfə səsvermədə iştirak edən 18 yaşlı Ədalət Balakişiyev və Həmid Ələkbərli isə bu saata qədər səsvermədə iştirak edən ən gənc seçiçi olub.

Səsvermə prosesi normal qaydada, pozuntusuz keçir. Qeyd edək ki, səsvermə saat yerli vaxtla saat 19:00-da başa çatacaq.