Xankəndi sakinləri İlham Əliyevə dəstək nümayiş etdiriblər

Xankəndi sakinləri İlham Əliyevə dəstək nümayiş etdiriblər

Növbədənkənar prezident seçkisində səsvermə prosesi başa çatdıqdan sonra Xankəndi sakinləri İlham Əliyevin səs çoxluğu ilə qalib gəlməsi münasibətilə avtoyürüş keçirib.

"Birxeber.Az"un Qərb bürosunun məlumatına görə, sakinlər "exit-poll"un nəticələrini bildikdən sonra avtoyürüş keçiriblər.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.

Bülletenlərin 54,47 faizinin hesablanmasından sonra hazırkı dövlət başçısı İlham Əliyev 92,1 faiz səslə prezident seçkilərində liderlik edir.