İran Prezidenti İlham Əliyevi təbrik edib

İran Prezidenti İlham Əliyevi təbrik edib

Prezident seçkilərinin uğurla keçirilməsi və Zati-alinizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə səmimi təbriklərimi çatdırıram.

Birxeber.Az xəbər verir ki, bu barədə İran Prezidenti İbrahim Rəisi yenidən prezident seçilməsi münasibəti ilə İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirib.

Məktubda bildirilib ki, Azərbaycan Respublikasının suverenliyinin bərpasından sonra ilk dəfə bütün ərazilərdə seçkilərin keçirilməsi daha böyük əhəmiyyət kəsb edir.

"İki qonşu və müsəlman ölkəsi olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası xalqları arasındakı qədim tarixi, dini və ortaq mədəni cəhətlər, dərin mənəvi bağlar, iki ölkənin müxtəlif sahələr üzrə birgə maraqları ölkələrimiz arasındakı əlaqələrin genişləndirilməsi üçün möhkəm dayaqlar yaratmışdır. Əmin olduğumu bildirirəm ki, Zati-alinizin yenidən prezidentliyi dövründə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı dostluq, qardaşlıq münasibətlərinin və əlaqələrin yüksələn xətlə inkişaf etməsinə şahid olacağıq. Allah-Taaladan Sizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, qardaş Azərbaycan Respublikasının xalqına isə səadət və xoş günlər arzulayıram", - deyə məktubda bildirilib.