Prezident seçkilərinin ilkin nəticələri açıqlanıb, İlham Əliyev qalib gəlib

Prezident seçkilərinin ilkin nəticələri açıqlanıb, İlham Əliyev qalib gəlib

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov prezident seçkilərinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.

Birxeber.Az xəbər verir ki, Məzahir Pənahov bildirib ki, hazırda 6 537 məntəqədən 3 561-nin nəticələri daxil olub.

Bu, ümumi məntəqələrin 54,47 %-dir: "İndiyə qədər 2 715 667 bülleten sayılıb, etibarlı səslərin sayı 2 711 804-dür".

Məzahir Pənahov nəzərə çatdırıb ki, ilkin nəticələrə əsasən, namizədlər aşağıdakı kimi səs toplayıb:

- İlham Əliyev – 92,10 faiz (2 497 542 səs);

- Zahid Oruc - 2,20 faiz;

- Fazil Mustafa - 1,99 faiz;

- Qüdrət Həsənquliyev - 1,78 faiz;

- Razi Nurullayev - 0,79 faiz;

- Elşad Musayev - 0,66 faiz;

- Fuad Əliyev - 0,48 faiz;

Beləliklə, ilkin nəticələrə əsasən, İlham Əliyev etibarlı səslərin 92,10%-ni toplayaraq qalib gəlib.

Qeyd edək ki, prezident seçkilərində respublika üzrə 4 971 032 nəfər səs verib, seçici fəallığı 76,73 faiz olub.