Ukrayna müdafiə naziri Aİ rəsmisinə birgə müəssisələrin yaradılmasını təklif edib

Ukrayna müdafiə naziri Aİ rəsmisinə birgə müəssisələrin yaradılmasını təklif edib

Ukraynanın müdafiə naziri Rustem Umerov Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellə (Josep Borrell) görüşündə birgə müəssisələrin yaradılmasını və Ukrayna ərazisində istehsala sərmayə qoyulmasını təklif edib.

“Report” xəbər verir ki, o, bu barədə “X”dəki hesabında yazıb.

O, Aİ-nin rəsmi Kiyevə verdiyi dəstəyə görə C.Borrellə təşəkkür edib: “Mən partnyorlarımız tərəfindən sursat tədarükünün əhəmiyyətli dərəcədə artırılmasının vacibliyini qeyd etdim. Nazirlik daxilində həyata keçirdiyimiz islahatlar, xüsusən də müdafiə sahəsində satınalmalar haqqında da həmsöhbətimə məlumat verdim”.

Qeyd edək ki, C.Borrell Ukraynada səfərdədir. O, daha Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Zelenski Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsini döyüş meydanındakı vəziyyət barədə məlumatlandırıb.