“Tərtər işi” ilə bağlı tutulanların həbs müddəti uzadılıb

“Tərtər işi” ilə bağlı tutulanların həbs müddəti uzadılıb

"Tərtər işi" ilə bağlı həbs edilən 6 – nəfər Niftəliyev Rəşid Ağaşərif oğlu, Mikayılov Ruslan Məhəmmədəli oğlu, Maşıyev Sənan Səxavət oğlu, Qəhrəmanov Cabir Babaxan oğlu, Əliyev Elçin Kalam oğlu və Məmmədov İntiqam Şərif oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Birxeber apa-ya istinadən xəbər verir ki, bununla bağlı istintaq orqanının vəsatətlərinə baxılıb.

Bakı Hərbi Məhkəməsində ayrı-ayrılıqda baxılan vəsatətlər təmin edilib və 6 nəfərin hər birinin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, “Tərtər işi” ilə bağlı yenilənən cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşmasına əsaslı şübhələr müəyyən edilən Niftəliyev Rəşid Ağaşərif oğlu, Mikayılov Ruslan Məhəmmədəli oğlu, Maşıyev Sənan Səxavət oğlu, Qəhrəmanov Cabir Babaxan oğlu, Əliyev Elçin Kalam oğlu və Məmmədov İntiqam Şərif oğlu Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

Bu işlə bağlı təqsirləndirilən Əzizov Polad Seyfəddin oğlu istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilib.

Birxeber
HADİSƏ HADİSƏ
Dünən Lənkəranda yanıq xəsarətləri alan 45 yaşlı qadın dünyasını dəyişib

Dünən Lənkəranda yanıq xəsarətləri alan 45 yaşlı qadın dünyasını dəyişib

HADİSƏ HADİSƏ
Gəncədə su borusu sıradan çıxıb, park yolunda çətinlik yaranıb

Gəncədə su borusu sıradan çıxıb, park yolunda çətinlik yaranıb

HADİSƏ HADİSƏ
Abşeronda avtomobil 58 yaşlı qadını vurub

Abşeronda avtomobil 58 yaşlı qadını vurub

HADİSƏ HADİSƏ
Azərbaycandan qanunsuz şəkildə Gürcüstana keçmək istəyən əcnəbilər saxlanılıb

Azərbaycandan qanunsuz şəkildə Gürcüstana keçmək istəyən əcnəbilər saxlanılıb

HADİSƏ HADİSƏ
Sumqayıt bulvarında dörd gün əvvəl itkin düşən qız Masazırda tapılıb

Sumqayıt bulvarında dörd gün əvvəl itkin düşən qız Masazırda tapılıb

HADİSƏ HADİSƏ
Oğuzda "TIR" qəzaya düşüb, magistral yol bağlanıb

Oğuzda "TIR" qəzaya düşüb, magistral yol bağlanıb

HADİSƏ HADİSƏ
Bakıda boş ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Bakıda boş ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

HADİSƏ HADİSƏ
Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıb

Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıb

HADİSƏ HADİSƏ
Biləsuvarda partlayış baş verən binanın sakinləri Olimpiya İdman Kompleksinə yerləşdiriliblər

Biləsuvarda partlayış baş verən binanın sakinləri Olimpiya İdman Kompleksinə yerləşdiriliblər

HADİSƏ HADİSƏ
Tovuzda xəstəxanaya gətirilən 20 yaşlı gənc orada ölüb

Tovuzda xəstəxanaya gətirilən 20 yaşlı gənc orada ölüb

HADİSƏ HADİSƏ
Abşeronda üç avtomobil yanıb, ölən var

Abşeronda üç avtomobil yanıb, ölən var

HADİSƏ HADİSƏ
Sabirabadda pambıq zavodunda yanğın zamanı FHN-in 18 əməkdaşı tüstüdən zəhərlənib

Sabirabadda pambıq zavodunda yanğın zamanı FHN-in 18 əməkdaşı tüstüdən zəhərlənib