Fransanın cənubunda etiraz edən fermerlər bir neçə şoseni bağlayıblar

Fransanın cənubunda etiraz edən fermerlər bir neçə şoseni bağlayıblar

Fransanın cənubunda fermerlər etiraz aksiyaları təşkil edərək bir neçə şosedə nəqliyyatın hərəkətinə əngəl yaradıblar.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “La Depeche” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, traktorda olan insanlar Tuluzadan Po kommunasına gedən magistralın bir neçə hissəsini bağlayıblar. Fermerlər həmçinin Tuluza ətrafındakı dörd əsas avtomobil yolunda çıxışları və bəzi yerlərdə bir neçə zolağı bağlayıblar. Nəşrin məlumatına görə, etirazçılar şənbə günü Yuxarı Pireney departamentindəki olan həmkarlarının dəstəyinə ümid edirlər.

Fermerlər gəlirlərin azalmasından gileylənir və kənd təsərrüfatı texnikası üçün yanacağa görə verginin azaldılması, habelə təsərrüfatlar üçün ekoloji tələblərin yumşaldılmasını tələb edirlər. Bəziləri heyvandarlıq təsərrüfatlarında epizootik hemorragik xəstəliyin yayılması problemini qaldırırlar. Cümə günü axşam kənd təsərrüfatı və ərzaq suverenliyi naziri Mark Feno mal-qaranın müalicəsi xərclərinə görə təzminat verilməsinə sərəncam verib. Digər problem su ehtiyatlarının qeyri-bərabər paylanması və quraqlıq zamanı süni su anbarlarının olmamasıdır.