Şimal bölgəsində seçki yürüşü keçirilib

Şimal bölgəsində seçki yürüşü keçirilib

Şimal bölgəsində seçki yürüşü keçirilib.

"Report"un Şimal bürosunun məlumatına görə, növbədənkənar prezident seçkiləri ilə əlaqədar “exit-poll”un nəticələri açıqlandıqdan sonra şimal bölgəsinin Quba, Şabran, Xaçmaz rayonlarında yürüş keçirilib.

Şimal rayonunun sakinləri də hər üç "exit-poll"un nəticəsinə görə böyük fərqlə seçicilərin səsini qazandığı elan edilən İlham Əliyevin qələbəsini böyük çoşqu ilə bayram ediblər.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilib.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.