QDİƏT PA missiyasının rəhbəri Azərbaycanda keçirilən prezident seçkilərini yüksək qiymətləndirib

QDİƏT PA missiyasının rəhbəri Azərbaycanda keçirilən prezident seçkilərini yüksək qiymətləndirib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) müşahidə missiyası Azərbaycanda keçirilən prezident seçkilərini yüksək qiymətləndirib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə QDİƏT PA müşahidə missiyasının rəhbəri, bolqarıstanlı deputat Petar Kanev mətbuat konfransında deyib.

“Biz (QDİƏT-ə üzv ölkələr – red.) seçkilərin təşkilinə əla qiymət verə bilərik. Mən artıq bir neçə dəfə ölkənizdəki seçkiləri izləmişəm, lakin belə fəallıq olacağını gözləmirdim. Sizi təbrik edirik, seçkilərin təşkilinə görə hamımızdan əla qiymət ala bilərsiniz”, - o deyib.