Zelenski Aİ rəsmisini döyüş meydanındakı vəziyyət barədə məlumatlandırıb

Zelenski Aİ rəsmisini döyüş meydanındakı vəziyyət barədə məlumatlandırıb

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelli (Josep Borrell) döyüş meydanındakı vəziyyət barədə məlumatlandırıb.

“Birxeber.Az” xəbər verir ki, o, bu barədə “X”də yazıb.

“Biz Ukrayna-Aİ təhlükəsizlik əməkdaşlığından, konkret olaraq əvvəllər razılaşdırılmış 1 milyon artilleriya mərmisinin tədarükündən danışdıq. Bu, ümumi təhlükəsizliyimizi təmin etmək üçün tam şəkildə həyata keçirilməlidir”, - dövlət başçısı yazıb.

O, göstərilən dəstəyə görə Aİ rəsmisinə təşəkkür edib: “Fövqəladə çətinliklər dövründə, azadlıq, suverenlik və müstəqillik uğrunda mübarizəmizdə bütün azad Avropa dövlətləri Ukraynanı və beynəlxalq prinsipləri dəstəkləyir”.

Qeyd edək ki, C.Borrell Kiyevdə səfərdədir.