Küveytli deputatlar Bakıda Şəhidlər xiyabanını ziyarət ediblər

Küveytli deputatlar Bakıda Şəhidlər xiyabanını ziyarət ediblər

Yanvarın 22-də Küveyt Dövləti Milli Assambleyasının Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Məhəmməd Haif Əl-Muteyrinin başçılıq etdiyi nümayəndə heyəti Bakıda Şəhidlər xiyabanını ziyarət edib.

APA xəbər verir ki, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib.