Əməkdar artist: "Hər Azərbaycan vətəndaşının Ali Baş Komandana səs borcu var"

Əməkdar artist: "Hər Azərbaycan vətəndaşının Ali Baş Komandana səs borcu var"

Əməkdar artist Aqşin Abdullayev Azərbaycan vətəndaşının Ali Baş Komandan İlham Əliyevə səs borcu olduğunu bildirib.

"Report" xəbər verir ki, o, 276 nömrəli orta məktəbdə 35 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.

"Səsimi Ali Baş Komandan İlham Əliyevə verdim. Səsvermədə oğlumla iştirak etdim və ona dedim ki, dəyərli oğlum, sənin gələcəyin üçün səs verirəm. Düşünürəm ki, hər Azərbaycan vətəndaşının Ali Baş Komandana səs borcu var. Çünki o dəmir yumruğu və rəşadətli ordusu sayəsində bütöv Azərbaycanı ərsəyə gətirdi".