Müharibə iştirakçısı: "Azərbaycan İlham Əliyevin prinsipiallığı nəticəsində tarixi qələbə qazandı"

Müharibə iştirakçısı: "Azərbaycan İlham Əliyevin prinsipiallığı nəticəsində tarixi qələbə qazandı"

44 günlük Vətən müharibəsi dönəmində Prezident İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəqiq və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan tarixi qələbə qazandı.

Bunu "Birxeber.Az"a açıqlamasında Vətən müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Anar Mirzəyev Dənizkənarı Milli Parkda Prezident İlham Əliyevə dəstək yürüşü zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı ərazilərinin 30 ildən çox qonşu Ermənistanın işğalı altında qalmasının yaratdığı bütün çətinlikləri şərəf və ləyaqətlə aşa bildi:

"Bugünkü seçkilərdə fəal iştirak edərək xalqımızın müzəffər Ali Baş Komandanı, əvəzsiz lideri İlham Əliyevə səs verdim. Müzəffər Ali Baş Komandanın qalib zabiti olmaqdan fəxr duyuram ".