Lənkəran sakinləri seçkiləri yüksək əhvali-ruhiyyə ilə başa vurublar

Lənkəran sakinləri seçkiləri yüksək əhvali-ruhiyyə ilə başa vurublar

Lənkəran sakinləri bu gün ölkədə keçirilən növbədənkənar prezident seçkilərini yüksək əhvali-ruhiyyə ilə başa vurublar.

“Birxeber.Az”un Cənub bürosunun məlumatına görə, 77 saylı Lənkəran Şəhər Seçki Dairəsində səslər hesablandıqdan və "exit-poll" nəticələri elan edildikdən dərhal sonra şəhər sakinləri sevinclərini avtoyürüş keçirməklə bildiriblər.

Dövlət bayraqları ilə şəhər ərazisində şütüyən avtomobillər siqnallar veriblər. Yolboyu izdihama qoşulmaq istəyən sakinlər ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin yenidən Prezident seçilməsini böyük sevgi və coşqu ilə qarşılayıblar.