Naxçıvanda Prezident İlham Əliyevə dəstək yürüşü keçirilib

Naxçıvanda Prezident İlham Əliyevə dəstək yürüşü keçirilib

Naxçıvan şəhərində Prezident İlham Əliyevə dəstək yürüşü keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri artıq başa çatıb.

"Exit-poll"un nəticələrinə görə, seçicilərin 92,60 faizi İlham Əliyevə səs verib. Bu münasibətlə Naxçıvan şəhərində yerli sakinlər tərəfindən avtoyürüş təşkil edilib.

Yürüş şəhərin Babək məhəlləsindən Heydər Əliyev prospektinə kimi davam edib. Yürüşdə yerli sakinlər İlham Əliyevin seçkilərdəki qələbəsini Azərbaycan bayraqları və səsləndirdikləri şüuarlarla qeyd ediblər.