Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb

Bu gün Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb.

Birxeber.Az-nın xəbərinə görə, saat 8.00-da start verilən səsvermə prosesi saat 19.00-da yekunlaşıb.

Seçkilərdə 7 namizəd iştirak edir:

- İlham Əliyev;

- Zahid Oruc;

- Razi Nurullayev;

- Fazil Mustafa;

- Elşad Musayev;

- Qüdrət Həsənquliyev;

- Fuad Əliyev.

Ölkə üzrə 6 milyon 478 min 840 nəfər səsvermə hüququna malikdir. Seçicilər 125 Seçki dairəsi üzrə 6537 seçki məntəqəsində (6319 daimi, 218 müvəqqəti) səs veriblər. Səsvermə prosesi 1000 seçki məntəqəsində quraşdırılan veb-kameralar tərəfindən izlənilib.

Növbədənkənar prezident seçkilərində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-nin “Oracle Advisory Group” təşkilatı ilə birgə 40 seçki dairəsi üzrə 500 seçki məntəqəsində, Rəy Monitorinq Mərkəzi 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində, "Sosioloji Tədqiqatlar Mərkəzi" MMC 25 seçki dairəsi üzrə 125 seçki məntəqəsində “exit-poll” keçirib.