Azərbaycanın daha bir taekvondoçusu BƏƏ-də medal qazanıb

Azərbaycanın daha bir taekvondoçusu BƏƏ-də medal qazanıb

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Fujeyra açıq çempionatında Azərbaycanın daha bir taekvondoçusu medal qazanıb.

Federasiyadan "Birxeber.Az"a verilən məlumata görə, Ülvü Məmmədov uşaqların yarışında fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

36 kq-da mübarizə aparan idmançı yarımfinala qədər Özbəkistan, Qazaxıstan və BƏƏ taekvondoçusuna 2:0 hesabı ilə qalib gəlib. Lakin o, yarımfinada misirli rəqibinə məğlub olaraq bürünc medala yiyələnib.

Qeyd edək ki, Azərbaycan BƏƏ-də böyüklərin yarışında 1 gümüş və 3 bürünc medal qazanıb.