Azərbaycanın Türkmənistandakı səfirliyində səsvermə başa çatıb - YENİLƏNİB

Azərbaycanın Türkmənistandakı səfirliyində səsvermə başa çatıb - YENİLƏNİB

Azərbaycanın Türkmənistandakı Səfirliyində seçici fəallığı qeydə alınıb.

Birxeber.Az-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, 7 fevral 2024-cü il - növbədənkənar Azərbaycan Respublikasının Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Türkmənistandakı Səfirliyində yaradılmış 48 nömrəli seçki məntəqəsində gün ərzində seçicilərin fəal iştirakı ilə nəzərə çarpan səsvermə prosesi yerli vaxtla saat 19:00-da başa çatıb.

Səfirlikdən verilən məlumata görə, seçkilərdə seçicilərin 90 faizindən çoxunun məntəqəyə gələrək iştirak etdiyi məlum olub.

Seçicilər Türkmənistandakı Səfirliyimizdə ilk dəfə səsvermə üçün yaradılan şəraitə görə məmnun qaldıqlarını bildirib və məntəqə seçki komissiyasının işindən razılıqlarını diqqətə çatdırıblar.

Hazırda məntəqə seçki komissiyasında səslərin hesablanması prosesi həyata keçirilir.

***

11:47

Azərbaycanın Türkmənistandakı səfirliyində yaradılmış seçki məntəqəsində seçici fəallığı müşahidə olunur.

Birxeber.Az-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, 7 fevral 2024-cü il - növbədənkənar Azərbaycan Respublikasının Prezident seçkiləri ilə əlaqədar Türkmənistan ərazisində daimi yaşayan, müvəqqəti olan, uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları səfirliyikdə yaradılmış 48 nömrəli seçki məntəqəsində səsvermə hüquqlarını həyata keçirirlər.

Səfirlikdən verilən məlumata görə, yerli vaxtla saat 08:00-dan aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları seçki məntəqəsində səs verərək seçki hüququndan istifadə edirlər.

Əhməd Əkbərov