Gəncədə bu gün 18 yaşı tamam olan 2 tələbə səs verib

Gəncədə bu gün 18 yaşı tamam olan 2 tələbə səs verib

Bu gün Gəncədə 18 yaşı tamam olan 2 nəfər prezident seçkilərində iştirak edib.

APA-nın yerli bürosunun məlumatına görə, bu gün 18 yaşı tamam olan Tacirə Həsənova 38 saylı Gəncə 1-ci seçki dairəsinin 24 saylı məntəqəsində səs verib. Gəncə Tibb Kollecinin birinci kurs tələbəsi olan Tacirə Həsənovaya 24 saylı seçki məntəqəsinin əməkdaşları tərəfindən gül və hədiyyə təqdim olunub.

18 yaşı bu gün tamam olan BDU-nun Qazax filialının Tarix fakültəsinin 1-ci kurs tələbəsi Vəliyeva Leyla Mahir qızı isə 40 saylı Gəncə 3-cü seçki dairəsinin 31 saylı məntəqəsində səsvermədə iştirak edib. Leyla Vəliyevaya doğum günü münasibəti ilə seçki komissiyası tərəfindən hədiyyə təqdim edilib.