Bakıda prezident seçkiləri: aktivlik günün ikinci yarısında da davam edir - FOTOREPORTAJ

Bakıda prezident seçkiləri: aktivlik günün ikinci yarısında da davam edir - FOTOREPORTAJ

Paytaxt Bakıda növbədənkənar prezident seçkiləri ilə bağlı seçici aktivliyi günün ikinci yarısında da müşahidə edilir.

"Birxeber.Az" xəbər verir ki, seçicilər səhər saat 08:00-dan etibarən səs vermək üçün məntəqələrə axışırlar.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

Seçki prosesi ilə bağlı fotoreportajı təqdim edirik:

Foto: Ehtiram Cəbiyev, Firudin Səlimov, Vüqar Xanlarov, Samirə Həsənova