Laçında günün ikinci yarısında da seçici aktivliyi müşahidə olunur - FOTO - VİDEO

Laçında günün ikinci yarısında da seçici aktivliyi müşahidə olunur - FOTO - VİDEO

Azərbaycanda növbədənkənar prezident seçkilərində 30 ildən sonra Laçın şəhərində səsvermə davam edir.

APA-nın yerli bürosu xəbər verir ki, 121 saylı Laçın seçki dairəsinin daha bir məntəqəsində - 105 saylı məntəqədə vətəndaşlar səsvermə hüququndan istifadə edirlər.

Məntəqədə günün ikinci yarısında da seçici aktivliyi müşahidə olunur. Burada, əsasən, Laçına - dədə-baba yurduna qayıtmış sakinlər səs verirlər. Məntəqə üzrə ümumilikdə 1493 seçici qeydiyyata alınıb.