Qazaxıstan Parlamenti Məclisinin üzvü: Azərbaycan xalqı çalışır ki, seçki layiqli keçsin

Qazaxıstan Parlamenti Məclisinin üzvü: Azərbaycan xalqı çalışır ki, seçki layiqli keçsin

“Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün Qazaxıstan Parlamenti Senatından və Məclisindən böyük nümayəndə heyəti gəlib”.

Bunu APA-ya açıqlamasında Qazaxıstan Parlamenti Məclisinin üzvü Aidos Sarym deyib.

“Biz səhərdən intensiv çalışmışıq. Nahara qədər Sumqayıtda, nahardan sonra Bakıda olmuşuq, 20-yə yaxın məntəqəyə baş çəkmişik, seçki komissiyasının üzvləri, müşahidəçilərlə danışmışıq. Mənim olduğum seçki məntəqələrində müxtəlif partiyalardan ən azı 8-9, bəzi hallarda isə 15-ə yaxın müşahidəçi iştirak edir. Onların içində ATƏT müşahidəçiləri də vardı”, - o bildirib.

Aidos Sarym Azərbaycanda seçkiyə böyük maraq olduğunu vurğulayıb: “Seçkilərdə iştirak etmək üçün insanlar böyük növbə şəkilində dayanmışdılar. Bu, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən sonra keçirilən ilk tarixi seçkidir. İnsanlar başa düşürlər ki, ölkə yeni inkişaf mərhələsinə qədər qoyacaq. Buna görə də gələcəyə ümidlidirlər. Xalq anlayır ki, 30 il işğal altında olmuş ərazilər inkişaf etdirilməlidir, buna görə də çalışırlar ki, səsvermə layiqli keçsin”.

Qazaxıstan Parlamenti Məclisinin üzvü bu gün axşam "exit-poll"un ilkin nəticələrinin açıqlanacağını, sabah isə yekun nəticələrin məlum olacağını vurğulayıb.