Şamaxının ən yaşlı seçiciləri səsvermədə iştirak ediblər - FOTO

Şamaxının ən yaşlı seçiciləri səsvermədə iştirak ediblər - FOTO

Şamaxının ən yaşlı seçiciləri növbədənkənar prezident seçkilərində səs veriblər.

APA-nın Şirvan bürosunun xəbərinə görə, rayonun Əngəxaran kənd sakini, 104 yaşli Mərifət Fərəc qızı İslamova səhhəti ilə əlaqədar seçki məntəqəsinə gedə bilmədiyinə görə, evinə daşınan seçki qutusu gətirilib.

6 övladı, 20 nəvəsi, 32 nəticəsi olan Mərifət İslamova Azərbaycan xalqına sülh və əmin-amanlıq arzulayıb.

Şamaxı sakini, 1922-ci il təvəllüdlü Matauş Vəlixan qızı Dövlətova səsvermədə iştirak etmək üçün 88-saylı Şamaxı seçki dairəsinin 16 saylı məntəqəsinə müraciət edib. Onun da evinə səyyar seçki qutusu aparılıb və 102 yaşlı seçici səsvermə hüququndan istifadə edib.

Rayonun Quşçu kənd sakini, 1924-cil təvəllüdlü Heybətova Səkinə Mehdi qızı da seçkilərdə iştirak edib. Səhhətinə görə, onun yaşadığı ünvana daşınan qutu gətirlib.

Qeyd edək ki, 88-saylı Şamaxı seçki dairəsi üzrə 51559 nəfər seçici qeydiyyatdadır. Onlardan 131 nəfəri ilk dəfədir səs verir.