Azərbaycandakı prezident seçkiləri ilə əlaqədar Özbəkistanda səsvermə keçirilir

Azərbaycandakı prezident seçkiləri ilə əlaqədar Özbəkistanda səsvermə keçirilir

Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar Özbəkistanda səsvermə keçirilir.

“Birxeber.Az” Özbəkistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Seçkilərin müşahidəsində Zeynəddin Nizamoxayevin rəhbərlik etdiyi Özbəkistan Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti iştirak edir. Seçkilər ərəfəsində və səsvermə günü müşahidəçilər Bakıda və Azərbaycanın bölgələrindəki seçki məntəqələrində olublar.

Qeyd edilib ki, Azərbaycanın Daşkənddəki diplomatik nümayəndəliyinin binasında təşkil olunmuş 16 saylı Yasamal ikinci seçki dairəsinin 53 saylı seçki məntəqəsində yerli vaxtla səhər saat 08:00-da səsvermə başlayıb.