Ermənistan XİN başçısı səfirlərlə sülh gündəliyini müzakirə edib

Ermənistan XİN başçısı səfirlərlə sülh gündəliyini müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vyanada Ermənistanın Avropa ölkələri, ABŞ və Kanadadakı səfirləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri ilə görüşüb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “Aysor” məlumat yayıb.

Nazir diplomatlarla Cənubi Qafqazdakı mövcud vəziyyəti, Azərbaycanla sülh gündəliyini müzakirə edib.

Görüşdə, həmçinin beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi aparılıb.