“Jirona” komandası “Real”la oyuna baş məşqçisiz çıxacaq

“Jirona” komandası “Real”la oyuna baş məşqçisiz çıxacaq

“Jirona” komandası İspaniya La Liqasının XXIV turunda “Real”la mərkəzi oyuna baş məşqçisiz çıxacaq.

“Birxeber.Az” xəbər verir ki, buna səbəb adıçəkilən klubun çalışdırıcısı Miçel Anxelin cəzalandırılması olub.

“Real Sosyedad”la XXIII turun matçının (0:0) son dəqiqələrində qeyri-idman hərəkətinə görə texniki zonadan qovulan 48 yaşlı mütəxəssis 2 oyunluq diskvalifikasiyaya məruz qalıb.

Qeyd edək ki, “Real” – “Jirona” oyunu fevralın 10-da keçiriləcək. Hazırda “Kral klubu” 58 xalla turnir cədvəlinə başçılıq edir. Kataloniyalılar liderdən 2 xal geri qalırlar.