“Neftçi”nin sabiq baş məşqçisi Rumıniya klubu ilə anlaşıb

“Neftçi”nin sabiq baş məşqçisi Rumıniya klubu ilə anlaşıb

“Neftçi”nin sabiq baş məşqçisi Adrian Mutu Rumıniya klubu ÇFR ilə anlaşıb.

“Birxeber.Az” yerli mətbuata istinadən xəbər verir ki, bunu adıçəkilən komandanın sahibi Nelu Varqa açıqlayıb.

Klub rəhbəri bildirib ki, ölkə çempionatının XXII turunda “Botoşani”yə məğlubiyyətdən sonra baş məşqçi Andrea Mandorlini istefaya göndərilib. Nelu Varqa bu posta Mutunu təyin edəcəklərini gizlətməyib: “Mutu ilə danışdım, bir-birimizi başa düşdük. Yeni baş məşqçimizin Adrian olmasını qərara almışam. Onunla müqavilənin detallarını müzakirə edəcəyik”.

Qeyd edək ki, ÇFR hazırda 36 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Adrian Mutu ötən ay "Neftçi" ilə yollarını ayırıb.