Laçında 30 ildən sonra ilk dəfə səsvermə keçirilir, seçici fəallığı müşahidə olunur - FOTO - VİDEO

Laçında 30 ildən sonra ilk dəfə səsvermə keçirilir, seçici fəallığı müşahidə olunur - FOTO - VİDEO

Azərbaycanda növbədənkənar prezident seçkilərində 30 ildən sonra ilk dəfə Laçın şəhərində səsvermə keçirilir.

APA-nın yerli bürosu xəbər verir ki, 121 saylı Laçın seçki dairəsinin 106 saylı seçki məntəqəsində səsvermə davam edir.

Digər məntəqələrdə olduğu kimi, bu məntəqədə də seçici aktivliyi müşahidə olunur.

Bu məntəqədə 30 ildən sonra doğma yurd-yuvasına qayıtmış laçınlılar, eləcə də burada tikinti-quruculuq işləri ilə məşğul olan səs verir.

Məntəqə üzrə ümumilikdə 1473 seçici qeydiyyata alınıb.