Moldovalı deputat: “Azərbaycanda prezident seçkiləri demokratik keçirilir”

Moldovalı deputat: “Azərbaycanda prezident seçkiləri demokratik keçirilir”

Səsvermə prosesinin müşahidəsi göstərdi ki, Azərbaycanda prezident seçkiləri demokratik, beynəlxalq standartlar çərçivəsində keçirilir.

Bunu “Birxeber.Az”un Qərb bürosunun Xankəndiyə ezam olunan əməkdaşına açıqlamasında beynəlxalq müşahidəçi, Moldova parlamentinin üzvü, Moldova-Azərbaycan parlament dostluq qrupunun sədri Vitali Jakut deyib.

Onun sözlərinə görə, Azərbaycan ilə Moldova arasında inkişaf edən münasibətləri nəzərə alaraq, Azərbaycanda prezident seçkilərinin Moldova parlamentariləri tərəfindən monitorinqi böyük əhəmiyyət kəsb edir: “Xankəndiyə gəlməzdən əvvəl biz Şuşada olduq və burada həm seçki komissiyasının, həm də partiya müşahidəçilərindən olan nümayəndələr, Şuşa şəhərinin yerli sakinləri olan seçicilərlə ünsiyyətdə olduq”.