Türkiyəli teleaparıcı: “Seçkilərdə qalib Azərbaycanın məğrur seçicisini gördük”

Türkiyəli teleaparıcı: “Seçkilərdə qalib Azərbaycanın məğrur seçicisini gördük”

Bu gün Azərbaycanın Prezident seçkiləri üzrə Türkiyədə təşkil edilən seçki prosesində qalib ölkənin məğrur seçicilərini gördük.

Bu fikirləri “Report”un Ankara bürosuna CNN-Türk televiziyasının müxbiri Fatma Meltem Naz deyib.

O bildirib ki, bu proses Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra ilk dəfə keçirildiyi üçün seçiciləri daha çox həyəcanlı, sevincli və qürurlu görür: "Türkiyədəki həmkarlarımın dilindən də eşitdim ki, Azərbaycanın Türkiyədəki səfirliyi bu dəfə seçki prosesini daha yüksək səviyyədə təşkil edib. Məncə, bunun mənəvi tərəfləri də var, burda Qarabağda zəfər amili mühüm rol oynayır. Ona görə də bu faktor seçkilərin həm yüksək səviyyədə təşkilinə, həm də gələn seçicilərin iştirakına stimul verib”.

Fatma Meltem Naz seçki prosesini təşkil edənlərin və gələn seçicilərin Türkiyə hökumətinə təşəkkürlərini ifadə etdiklərini də bildirib: “Vətəndaşlarınız ağız dolusu qardaş Türkiyəyə də minnətdarlıq hisslərini ifadə edirlər. Təbii ki, azərbaycanlı qardaşlarımızdan bu məmnunluğu eşitmək bizim üçün də xoşdur”.