Serbiyalı müşahidəçi: “Azərbaycan xalqını seçkilərin yaxşı təşkil olunması münasibətilə təbrik edirəm”

Serbiyalı müşahidəçi: “Azərbaycan xalqını seçkilərin yaxşı təşkil olunması münasibətilə təbrik edirəm”

Azərbaycanda növbədənkənar prezident seçkilər demokratik prinsiplərə və normalara uyğun keçirilir.

“Report” xəbər verir ki, bunu Serbiya Milli Assambleyasının müşahidə missiyasının rəhbəri Sandra Bojiç Xankəndidə jurnalistlərə açıqlamasında deyib.

“Ölkənizdəki seçkiləri müşahidə etmək imkanı verilmiş Serbiya nümayəndə heyətinə mən rəhbərlik edirəm. Biz Serbiyadan Qarabağa gələn ilk müşahidə heyətiyik. Əvvəlcə Şuşadakı seçki məntəqəsində olduq. Deyə bilərəm ki, seçki prosesi bütün seçki qanunlarına uyğun, demokratik prinsiplərə və normalara uyğun keçirilir. Azərbaycan xalqını yaxşı təşkil olunmuş seçki münasibətilə təbrik edirəm”, - o vurğulayıb.

Onun sözlərinə görə, bu gün səsverməyə gələnlərin faizi çox yüksəkdir: “Söyləyə bilərəm ki, Serbiya nümayəndə heyəti gördüyümüz hər şeydən razıdır”.