Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanda səs veriblər

Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanda səs veriblər

Stolüstü tennis üzrə Azərbaycan millisinin üzvləri növbədənkənar prezident seçkilərində səs veriblər.

"Report"un məlumatına görə, Qazaxıstanda təlim-məşq toplanışında olan yığma səsvermə hüququndan yararlanıb.

Baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə 5 idmançı – Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Xədicə Əbilzadə, Vəzir Allahverdiyev və Nihad Məmmədov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı Səfirliyinin Almatı şəhərindəki Nümayəndəliyində təşkil edilən səsverməyə qatılıblar.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparırlar.