Gürcüstandakı səfirlikdə saat 15:00-a olan seçici aktivliyi 54% təşkil edib

Gürcüstandakı səfirlikdə saat 15:00-a olan seçici aktivliyi 54% təşkil edib

Azərbaycanın Gürcüstandakı səfirliyində saat 15:00-a olan seçici aktivliyi 54% təşkil edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, saat 08:00-dan etibarən məntəqədə böyük seçici aktivliyi qeydə alınıb.

Səfir qeyd edib ki, Azərbaycanın Gürcüstandakı səfirliyinə gələrək səs verən Azərbaycan vətəndaşlarından 66 nəfəri ilk dəfə səsvermə hüququndan istifadə edib. Onlardan 6-sı 18 yaşı yenicə tamam olmuş ilk dəfə səs verənlərdir. Məntəqədə səs verən ən yaşlı seçici isə 1937 təvəllüdlü, 87 yaşlı Azərbaycan vətəndaşı olub.

Qeyd edək ki, bu gün Azərbaycanın Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərindəki Baş konsulluğunda da seçki məntəqəsi fəaliyyət göstərir.

Gürcüstandakı hər iki seçki məntəqəsində səsvermə prosesi Azərbaycanla eyni vaxtda - 19:00-da başa çatacaq.