Azərbaycan qazının qiyməti bu il artacaq - PROQNOZ

Azərbaycan qazının qiyməti bu il artacaq - PROQNOZ

Beynəlxalq Valyuta Fondu (BVF) 2029-cu ilə qədər Azərbaycan qazının 1 000 kubmetrinin orta qiymət üzrə proqnozunu açıqlayıb.

"Birxeber.Az-Economics" xəbər verir ki, bu, BVF-nin İcraiyyə Şurasının Azərbaycan hökuməti ilə IV maddə üzrə məsləhətləşmələrin yekunlarına əsaslanan qiymətləndirməsində (2023-cü ilin noyabr ayında aparılıb - İF) öz əksini tapıb.

Proqnoza əsasən, bu il Azərbaycan qazının 1 000 kubmetrinin orta qiyməti 393,1 ABŞ dolları təşkil edəcək, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 8,3 ABŞ dolları və ya 2,16% çoxdur.

Qeyd olunur ki, 2023-cü ildə Azərbaycan qazı kəskin ucuzlaşıb. Belə ki, ötən il bu göstərici 384,8 dollar səviyyəsində olub ki, bu da illik müqayisədə 355,2 dollar və ya 48% azalma deməkdir.

Bununla yanaşı, BVF gələn il qazın qiymətinin azalmasının, 2026-cı ildə isə yenidən artacağını gözləyir. Azərbaycan qazının qiyməti üzrə 2027-2028-ci illər üçün Fond azalma dinamikasını proqnozlaşdırır.

Azərbaycan qazının qiymətinin illər üzrə dinamikası (BVF qiymətləndirməsinə əsasən):

İllər üzrə

2020

2021

2022

2023

2024

2025

2026

2027

2028

Qazın güman edilən qiyməti (min kubmetr, ABŞ dolları)

173,5

368,1

740

384,8

393,1

291,7

362,6

322,6

319