Rusiya mətbuatı seçicilərin seçki ilə bağlı fikirlərini öyrənib

Rusiya mətbuatı seçicilərin seçki ilə bağlı fikirlərini öyrənib

Rusiyanın “News.ru” nəşri yazır ki, Azərbaycanda bir çox seçici hazırkı Prezident İlham Əliyevə səs verir.

“Report” xəbər verir ki, bu barədə “News.ru” paytaxt sakinləri arasında sorğu keçirib.

“Bu tarixi anı yaşamaqdan qürur duyuram. Mən bu xoşbəxtliyi (Azərbaycanın ərazi bütövlüyünün bərpası) yaşamaq imkanını bizə verdiyi üçün indiki prezidentimiz İlham Əliyevə çox minnətdaram”, - bu barədə Bakı sakini Amilə Kəngərlinski nəşrə deyib.

Seçicilər seçkilərdə iştirakın zəruriliyinə qəti şəkildə əmindirlər və bunu öz borcları adlandırırlar. Onlar İlham Əliyevə səs vermə səbəbini açıqlayarkən qeyd ediblər ki, onu Azərbaycanın qəhrəmanı adlandırmaq olar.

“Mən İlham Əliyevə ona görə səs verdim ki, o, bizim qəhrəmanımızdır, torpaqlarımızı azad edib. O, qarşıya qoyulan bütün məqsədlərə çatıb. Biz prezidentimizi sevirik”, - bunu “News.ru”ya açıqlamasında yerli sakin Nərminə deyib.