Məntəqə sədri Yaşar Mədətov: “Yüksək seçki fəallığı müşahidə olunur”

Məntəqə sədri Yaşar Mədətov: “Yüksək seçki fəallığı müşahidə olunur”

11 saylı Binəqədi-Qaradağ seçki dairəsinin 8 saylı məntəqəsində 1197 nəfər səs verə bilər.

“Report”a bu barədə məntəqə seçki komissiyasının sədri Yaşar Mədətov məlumat verib.

Onun sözlərinə görə, hazırda 800 nəfərdən çox seçici səs verib:

“Qeydiyyatdan çıxma kağızı ilə səs verməyə gələnlər də var. Daşınan qutudan istifadə edən və bu barədə müraciət edənlər hələ ki olmayıb. Səsvermədən imtina edən şəxslər də olmayıb. Şəxsiyyət vəsiqəsiz səsverməyə gəlmə halı da yaşanmayıb. Səsvermə zamanı hansısa problem də qeydə alınmayıb. Hazırda yüksək seçki fəallığı müşahidə olunur”.